Menu
Xəbər Lenti
Aktrisalığa qayıda bilər
22-08-2026, 10:52

Aktrisalığa qayıda bilər

Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 10:55

Sabah 36 dərəcə isti olacaq

27 Mrt 08:48Manşet / Siyasət

Prezidentin köməkçisi Ərdoğanın müşaviri ilə görüşdü

prezidentin-komekcisi-erdoganin-musaviri-ile-gorusdu

Budapeştdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında bildirib.

“Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq.

Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezidentin köməkçisi əlavə edib.