Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
“O halda görüşməyə utanırdı”
Azərbaycan kinosunun əfsanəsi, Xalq artisti Rasim Balayevin vəfatı sənət camiəsini dərindən sarsıdıb. Tanınmış aktrisa Məlahət Abbasova sənət dostunun itkisi ilə bağlı xatirələrini bölüşərək, onun son günləri və aralarındakı səmimi münasibət barədə danışıb.
“Qafqazinfo” İTV-yə istinadla xəbər verir ki, aktrisa sənətkarın ölüm xəbərini sosial mediadan öyrəndiyini və böyük sarsıntı keçirdiyini bildirib:
“İnstaqramda paylaşımı görən kimi dərhal təyyarə biletlərinə baxmağa başladım. Bu, Azərbaycan sənət camiəsi üçün yeri doldurulmayacaq, çox ağır bir itkidir. Bir əfsanə getdi”.
Məlahət Abbasova Rasim Balayevlə mütəmadi əlaqə saxladıqlarını və ötən il birlikdə yeni bir serial layihəsində iştirak etməyi planlaşdırdıqlarını qeyd edib. Aktrisa sənətkarla sonuncu dəfə Yeni il bayramında danışdıqlarını vurğulayıb:
“Mənə göndərdiyi son səs yazısı hələ də durur. Orada mənə demişdi ki, mən onu nə qədər çox istəyirəmsə, o da məni ondan da çox istəyir. Heyf ki, son günlərində onu ziyarət edə bilmədim”.
Aktrisa Bakıda olduğu müddətdə Rasim Balayevin oğlu Ülvi ilə əlaqə saxlayıb, lakin görüşmək mümkün olmayıb:
“Oğlu ilə danışdım. Mənə dedi ki, atası vəziyyəti ağır olduğu üçün heç kimlə görüşmək istəmir, o halda görünməyə utanırdı. Kaş ki, vəziyyətinin bu qədər ağır olduğunu bilərdim... Bilsəydim, hər hansı bir şəraitdə, hansısa yolla olsa belə, onu mütləq sonuncu dəfə görərdim”.





















































