Xəbər Lenti
25-03-2026, 13:39
“Amasiya Şəhidləri: Haqverdiyev Ayxan – Vətən uğrunda ölümsüzlük qazanmış igid oğul”
27 Mrt 08:33Manşet / İqtisadiyyat
Neftimiz bahalaşdı

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” (CIF) markalı neftimizin 1 barelə olan qiyməti 7.55 ABŞ dolları və ya 6,6% artaraq 121.25 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 113.70 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.






















































