Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
2026-cı ilin dəbi, yeni trendlər, kişilərin qarderob seçimi - Tanınmış modelyer-dizaynerlə MÜSAHİBƏ
Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri keçirilib
Arzu Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzindən paylaşım edib
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
Jurnalist Mərhəmət Lələyevdən nümunəvi addım
Cəmiyyətin sosial həssas təbəqələrinə diqqət və qayğı göstərmək hər kəsin bacardığı iş deyil. Bu mənada Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru, ictimai fəal, bloqer-jurnalist Mərhəmət Lələyev tərəfindən həyata keçirilən növbəti sosial təşəbbüs təqdirəlayiq nümunə kimi yadda qalıb.
3 yanvar 2026-cı il tarixində Mərhəmət Lələyev rəhbərlik etdiyi Cənubunsəsi kollektivi ilə birlikdə Masallı şəhəri və ətraf kənd-qəsəbələrdə yaşayan, tənha və kimsəsiz 17 ahıl yaşlı xanımı ziyarət edib. Uzun müddətdir tək yaşayan, sosial və mənəvi dəstəyə ehtiyacı olan bu xanımlar üçün həmin gün əsl ümid və sevinc gününə çevrilib.
Ziyarət zamanı ahıl xanımların gündəlik ehtiyacları nəzərə alınaraq onlara ərzaq bağlamaları, məişət məhsulları və müxtəlif hədiyyələr təqdim olunub. Maddi yardımla yanaşı, onlarla aparılan səmimi söhbətlər, hal-əhval tutmaq, problemlərini dinləmək və diqqət göstərmək bu insanların qəlbində dərin iz buraxıb. Bir çox xanımlar bu cür diqqəti uzun zamandır görmədiklərini bildirərək, sevinc göz yaşlarını gizlədə bilməyiblər.
Ahıl xanımlar göstərilən qayğıya görə Mərhəmət Lələyev və Cənubunsəsi kollektivinə ürəkdən təşəkkür ediblər, bu kimi xeyirxah addımların Allah tərəfindən mükafatlandırılmasını diləyiblər.
Qeyd edək ki, bu humanist layihənin reallaşmasında Cənubunsəsi xəbər portalının izləyiciləri və sosial şəbəkə üzərindən dəstək göstərən xeyirsevər insanlar yaxından iştirak ediblər. Mərhəmət Lələyev bildirib ki, media yalnız informasiya mənbəyi deyil, eyni zamanda cəmiyyətin sosial problemlərinə biganə qalmayan, fəal mövqe nümayiş etdirən bir qüvvə olmalıdır.
Layihəyə verdikləri dəstəyə görə Elşad Qasımov, Taleh Nəsirov, jurnalist Əfsanə xanım, Arif Feyzullayev Alxas Əşrəfova Ruslan Bağışova və restoran sahibi Əkbər bəyə xüsusi minnətdarlıq ifadə olunub. Mərhəmət Lələyev onların bu nəcib təşəbbüsə qoşulmasını birlik və həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirib.
Sonda qeyd edək ki, Cənubunsəsi xəbər portalı bundan sonra da sosial məsuliyyət layihələrini davam etdirməyi, kimsəsiz, ahıl və ehtiyacı olan insanlara dəstək göstərməyi qarşısına məqsəd qoyub. Bu kimi təşəbbüslər cəmiyyətdə mərhəmət, paylaşma və insanlıq dəyərlərinin yaşadılmasına mühüm töhfə verir.





















Ulusestv.az






















































