Menu
Xəbər Lenti
Dilan Polat yenidən ana olur
23-02-2026, 05:18

Dilan Polat yenidən ana olur

Şamaxıda zəlzələ olub
22-02-2026, 09:05

Şamaxıda zəlzələ olub

07 Ock 05:11Manşet / Dünya

Qüdsdə sürücü avtobusu etirazçıların üstünə sürdü - Ölən və yaralılar var

qudsde-surucu-avtobusu-etirazcilarin-ustune-surdu

Qüdsdə hərbi çağırışa etiraz edən ultra-ortodoks yəhudilərin aksiyası zamanı ağır yol qəzası baş verib.

“Qafqazinfo” “The Jerusalem Post”a istinadla xəbər verir ki, idarəetmədən çıxan avtobus kütlənin üzərinə sürülüb.

İsrail Milli Tibb Xidmətinin ilkin məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Nəşr isə avtobus sürücüsünün dərhal polis tərəfindən saxlanıldığını bildirib.

Xatırladaq ki, sözügedən hadisə yanvarın 6-da axşam saatlarında minlərlə dindar yəhudinin İsrail Müdafiə Qüvvələrinə çağırışa etiraz olaraq küçələrə çıxdığı vaxt baş verib. Aksiyada iştirak edənlər hərbi xidmətin onların dini həyat tərzinə zidd olduğunu iddia edərək, bu qanunun “yəhudiliyin məhv edilməsi” mənasına gəldiyini bildiriblər.

Hazırda hadisə yerində polis və təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejimində çalışır.