“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
İranda 217 etirazçı öldürülüb?

Tehranın mərkəzində etirazçılara atəş açılması nəticəsində azı 217 nəfərin öldüyü bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Time” nəşri adı açıqlanmayan iranlı həkimə istinadən məlumat yayıb.
Məlumata görə, ölüm faktları şəhərin altı müxtəlif xəstəxanasında qeydə alınıb.
Həkim səlahiyyətli orqanların cəsədləri ötən gün xəstəxanadan çıxarıb apardığını bildirib. Ölənlərin əksəriyyətinin gənclər olduğu, onlardan bir neçəsinin təhlükəsizlik qüvvələrinin Tehranda polis məntəqəsinin qarşısında etirazçılara pulemyotla atəş açması nəticəsində öldüyü iddia edilib. İnsan hüquqları fəalları bu hadisədə ən azı 30 nəfərin qətlə yetirildiyini bəyan ediblər.
“Ölənlərin sayı ilə bağlı məlumat təsdiqlənərsə, bu, 8 yanvar tarixindən ölkədə internetin və telefon əlaqəsinin demək olar ki, tamamilə kəsilməsi fonunda gözlənilən repressiyalara start verilməsi ilə bağlı siqnal ola bilər. Bu hadisə həmçinin etirazçılara atəş açılacağı təqdirdə, müdaxilə edə biləcəklərini bəyan edən ABŞ Prezidenti Donald Tramp üçün birbaşa çağırış olacaq”, - nəşr yazıb.
Xatırladaq ki, İranda iqtisadi problemlər və milli valyutanın kəskin dəyər itirməsi səbəbindən başlayan etirazlar ölkənin müxtəlif bölgələrinə yayılıb. Daha əvvəl təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 48 nəfərin həlak olduğu, onlarla şəxsin yaralandığı, iki mindən çox insanın isə saxlanıldığı bildirilirdi.























































