Menu
Xəbər Lenti
Şamaxıda zəlzələ oldu
11-01-2026, 07:43

Şamaxıda zəlzələ oldu

11 istiqamətdə tıxac var
9-01-2026, 07:25

11 istiqamətdə tıxac var

13 Ock 05:17Manşet / Dünya

ABŞ-də çimərlikdə köpəkbalığı qadının qolunu qopardı

ABŞ-də çimərlikdə köpəkbalığı qadının qolunu qopardı

ABŞ‑nin Minnesota ştatının 56 yaşlı sakini Santa‑Krus adasındakı çimərlikdə köpəkbalığının hücumuna məruz qalıb və yırtıcı onun qolunu qoparıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Keçmiş xilasedici Kristofer Kerrolun sözlərinə görə, o, tibb bacısı olan həyat yoldaşı ilə hotel otağında dincələrkən qışqırıq səsləri eşidiblər. Cütlük dərhal suya tərəf qaçıb və qan içində olan qadını görüblər.

Ətrafdakı insanların və tibb işçilərinin səylərinə baxmayaraq, qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun köpəkbalığı tərəfindən qoparılan sol qolu isə tapılmayıb.

Təxminən eyni ərazidə bir köpəkbalığı aşkar edilib, lakin onun qadına hücum edən balıq olub-olmadığı hələlik təsdiqlənməyib.

ABŞ-də çimərlikdə köpəkbalığı qadının qolunu qopardı

ABŞ-də çimərlikdə köpəkbalığı qadının qolunu qopardı

ABŞ-də çimərlikdə köpəkbalığı qadının qolunu qopardı