Menu
Xəbər Lenti
Kütahyada daha bir zəlzələ
29-09-2025, 06:47

Kütahyada daha bir zəlzələ

29 Eyl 06:27Manşet / İdman

Levandovski karyerasında 700-cü qolunu vurdu

levandovski-karyerasinda-700-cu-qolunu-vurdu

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 7-ci turunda “Real Sosyedad”la oyunda (2:1) komandasının ikinci qoluna imza atıb. 

“Qafqazinfo” xəbər verir ki, bu, polşalı futbolçunun peşəkar karyerasında vurduğu 700-cü qol olub.

Levandovski peşəkar futbola Polşada başlayıb. O, “Lex”, Dortmund “Borussiya”sı, “Bavariya” və digər klublarda çıxış edib. Hücumçunun klub karyerasında 830 matçda 614 qolu və 155 məhsuldar ötürməsi var.

Polşa millisində isə Levandovski 160 oyunda 86 qol və 36 assistlə yadda qalıb.

Qeyd edək ki, 2022-ci ildən “Barselona”nın formasını geyinən 36 yaşlı hücumçu bugünədək kataloniyalıların heyətində 154 görüşə çıxıb, 105 qol vurub və 20 məhsuldar ötürmə edib.