Menu
Xəbər Lenti
Güclü külək əsir
Dün, 09:36

Güclü külək əsir

Əsl dəniz havasıdır!
25-07-2026, 09:51

Əsl dəniz havasıdır!

O, bir dərya idi
24-07-2026, 15:06

O, bir dərya idi

07 Haz 09:31Manşet / Sosial

Lənkəranda yol qəzasında - Sürücü öldü

lenkeranda-yol-qezasinda

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisində qeydə alınıb.

Belə ki, rayonun Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Salayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq suötürücü kanalın üzərindən aşıb. Daha sonra isə yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Ehtimal olunur ki, o, qəzadan öncə ürəktutmadan ölüb və qəza qaçılmaz olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov