Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

İsrail atəşkəsi pozdu
17-04-2026, 09:01

İsrail atəşkəsi pozdu

14 Ock 12:58Manşet / Gündəm / Siyasət

“Ata canı, icra başçısı məndən rüşvət istəməyib”

ata-cani-icra-bascisi-menden-rusvet-istemeyib

Nəsimi rayonunun sabiq icra başçısı Elxan İbrahimovun “Ağçiçəyim” mağazalar şəbəkəsindən 200 min manat rüşvət istədiyinə görə işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Yayılan xəbərlərdə icra başçısının özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edildiyi bildirilir. 

“Qafqazinfo” xəbər verir ki, “Ağçiçəyim” mağazalar şəbəkəsinin rəhbəri Ceyhun Əliyev Manşet.az-a açıqlamasında bunun tamamilə yalan olduğunu bildirib.

“Ata canı, vallah, o məndən rüşvət istəməyib. Mən onun barəsində heç yerə şikayət etməmişəm. O, yeni təyin olunmuşdu, bizim onunla heç bir münasibətimiz olmayıb. Bilmirəm bu məlumatı kim və hansı məqsədlə yayıb. Mənim adımı niyə hallandırırlar? Biz elə işlərlə məşğul deyilik. Bu il fəaliyyətimizin 30 ili tamam olur, bu müddətdə nə qədər icra başçısı görmüşük. Biz hər zaman dövlətə sadiq olmuşuq, dövlət tədbirlərinin bəzədilməsində iştirak etmişik. Həmin şəxsin də bizə heç bir pisliyi dəyməyib. Mən nə üçün şikayət etməliyəm?”, - deyə biznesmen vurğulayıb. 

Qeyd edək ki, Elxan İbrahimov Prezident İlham Əliyevin ötən il 12 noyabr Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, dekabrın 29-də isə vəzifəsindən azad olunub.