Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Bakıda Hindistanın repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ilk dəfə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans keçirilir.
Oxu.Az-ın məlumatına görə, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Sinqh Arora və digər rəsmilər, eləcə də siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edirlər.
Konfransda Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya" və "İşgəncələrə qarşı konvensiya" üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə edilir.
Həmçinin real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılır.
Tədbirdə beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olunur.
Məlik Məlikov























































