Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
Bugün, 08:17

Neftimiz bahalaşdı

FƏDAKAR ALİM ÖMRÜ
15-01-2026, 14:50

FƏDAKAR ALİM ÖMRÜ

17 Ock 14:40Manşet / Gündəm / Sosial

Bir şəklin dili: Qisas, qürur və Vətənə sədaqət

 

Əzizlərim, şəkildə gördüyünüz mənzərə adi bir foto deyil. Bu, sadəcə obyektivə düşmüş bir an yox, tarixə yazılmış bir döyüş ruhunun, bir əsgər iradəsinin, bir vətən sevgisinin təcəssümüdür. Bu mənzərə kəşfiyyatçı Xankişiyev Şərafəddin Sərdar oğlunun (Xanış Astaralı) şəxsən öz əl işidir – səngərdə yazılan, barıt qoxuyan, alov və dəmir səsləri ilə yaddaşlara həkk olunan bir döyüş səhnəsi.


2022-ci ildə baş verən və hər kəsi sarsıdan 4 günlük müharibə zamanı düşmən təxribata hazırlaşırdı. Lakin bu hazırlıq onların özləri üçün sonun başlanğıcı oldu. Xanış Astaralının peşəkar kəşfiyyat fəaliyyəti nəticəsində düşmənin ərazidə yerləşdirdiyi çoxsaylı texnika və canlı qüvvə dəqiq zərbələrlə tamamilə məhv edildi. Bu zərbələr təkcə hərbi baxımdan deyil, mənəvi baxımdan da düşmənin belini qırdı. On milyonlarla dəyərində ziyan vurulan düşmən mövqeləri alova qərq oldu, sanki göydən onların başına od yağdırıldı.


Bu döyüş səhnəsi bir əsgərin sərrast baxışının, düzgün qərarının və Vətən qarşısında daşıdığı məsuliyyətin nəticəsidir. Xanış Astaralı bu anları sadə, lakin çox mənalı sözlərlə ifadə etdi: “Vətən sağ olsun! Şəhid qardaşlarımın qisasını aldım.” Bu cümlə təkcə bir döyüşçünün yox, bütöv bir xalqın içindən keçən hisslərin səsidir.


Bu şəkil bizə xatırladır ki, Vətən torpağı asan qorunmur. Onun hər qarışı arxasında belə igidlərin qanı, alın təri və sarsılmaz iradəsi dayanır. Xanış Astaralı kimi oğullar olduqca, bu torpağın başı uca, bayrağı daim dalğalanacaq. Vətən sağ olsun!