Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
Aprel döyüşlərinin əfsanəsi – “Murov Qartalı” Raquf Orucov və Milli Qəhrəmanlıq Zirvəsi
Bakıda Hindistanın repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir
Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"
Ailədə bir insanın gərgin olmasının bütün üzvlər üçün fəsadları: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
Ədliyyə Nazirliyinin xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası təsdiqləndi

Xüsusi icra məmurlarının fəaliyyətinə Ədliyyə Nazirliyi tərəfindən nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, nəzarətin həyata keçirilməsi ilə bağlı bu Qayda ilə müəyyən edilən müvafiq tələblər xüsusi icra məmurunu müvəqqəti əvəz edən xüsusi icra məmuruna da şamil olunacaq.
Həmçinin xüsusi icra məmurlarının fəaliyyətinə Nazirlik tərəfindən nəzarət plan üzrə və plandankənar yoxlamalar aparmaqla həyata keçiriləcək. Xüsusi İcra Məmurlarının Palatasının üzvü Nazirlik tərəfindən xüsusi icra məmurunun fəaliyyətinin yoxlanılmasına cəlb oluna biləcək.
Belə ki, yoxlamalar yerlərə getməklə və ya getmədən (xüsusi icra məmurunun hesabatları və digər məlumatları əsasında) aparılacaq.
Plan üzrə (növbəti) yoxlama 2 ildə bir dəfədən çox olmayaraq dövriliklə aparılacaq.
Yoxlamalar planı nazirlik tərəfindən müəyyən ediləcək. Planda fəaliyyəti yoxlanılacaq xüsusi icra məmurlarının siyahısı, yoxlamanın tarixi və yeri göstəriləcək.
Yoxlamanın aparılması yoxlamanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə həvalə edilə bilməyəcək.
Xüsusi icra məmurlarının ilk dəfə fəaliyyətə başlamasından 6 ay keçmədən plan üzrə yoxlanılma aparıla bilməyəcək.
Plan üzrə yoxlamanın başlanmasına azı 10 iş günü qalmış xüsusi icra məmuruna onun yeri və tarixi barədə yazılı bildiriş göndəriləcək.
Məlik Məlikov






















































