Menu
Xəbər Lenti
Şəmkir sakini bıçaqlandı
18-01-2026, 11:26

Şəmkir sakini bıçaqlandı

21 Ock 18:46Manşet / Gündəm / Sosial

Şəhid ailələri ölkə başçısına müraciət etdilər

 

İsmayıllı rayonunun şəhid ailələri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib.

Müraciətin surəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab İnam Kərimova və Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə ünvanlanıb.

Şəhid ailələri bildirirlər ki, Azərbaycan Respublikasının Prezidenti və Birinci xanım hər zaman Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş, yaralanmış və döyüşlərdə iştirak etmiş şəxslərə, eləcə də onların ailələrinə xüsusi diqqət və qayğı göstəriblər. Bu yüksək münasibətə görə dövlət başçısına və Birinci xanıma dərin minnətdarlıq ifadə olunub.

Bu qayğıya arxalanaraq şəhid ailələri İsmayıllı rayon sakini Süleymanov Əlişir Muxibbi oğlu ilə bağlı müraciət ediblər.

Bildirilir ki, Süleymanov Əlişir Muxibbi oğlu Özbəkistan Respublikasında anadan olsa da, həyatını və taleyini Azərbaycan dövləti ilə bağlayıb. O, 1992-ci ildən hərbi xidmətə başlayıb, 2016-cı ildə polkovnik-leytenant hərbi rütbəsində ehtiyata buraxılıb. Xidmət illəri ərzində Azərbaycan Ordusunda müxtəlif hərbi vəzifələrdə, o cümlədən ön cəbhədə xidmət edib, bir çox döyüş və hərbi əməliyyatların iştirakçısı olub.

Göstərdiyi qüsursuz xidmətlərə görə:
2006-cı ildə “Qüsursuz xidmətə görə” III dərəcəli,
2008-ci ildə “Qüsursuz xidmətə görə” II dərəcəli,
2019-cu ildə isə “Fədai” və sair medalı ilə təltif edilib.

Hazırda II qrup hərbi əlildir.

Müraciətdə qeyd olunur ki, Əlişir Süleymanov hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra da ictimai fəaliyyətini davam etdirib, müharibə iştirakçılarına və şəhid ailələrinə daim dəstək göstərib. Bu xidmətləri nəzərə alınaraq, 2021-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə icra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsinə təyin olunub.

Şəhid ailələri vurğulayırlar ki, o, bu vəzifədə çalışdığı müddətdə xüsusilə 2020-ci ildə Vətən müharibəsində şəhid olmuş övladlarımızın dəfn mərasimlərinin təşkili və sonrakı anım tədbirlərində fəal iştirak edib, həmin ağır günlərdə ailələrə böyük mənəvi dəstək olub.

Bununla belə, 2024-cü ildə Süleymanov Əlişir Muxibbi oğlu barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanıb və hazırda işə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd olunur ki, Əlişir Süleymanov ailəlidir, üç qız övladı var, II qrup hərbi əlil kimi səhhətində ciddi problemlər mövcuddur və uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkir.

Müraciətin sonunda İsmayıllı rayonunun şəhid valideynləri Azərbaycan Prezidentindən və Birinci xanımdan ömrünü dövlətin və torpaqların müdafiəsinə sərf etmiş, bu yolda sağlamlığını itirmiş Süleymanov Əlişir Muxibbi oğluna kömək göstərilməsini xahiş edirlər.