Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Prezident İlham Əliyevin tapşırıqları ilə şəhid ailələri hər sahədə diqqətlə əhatə olunurlar - Şəhid anası
Şəhid ailələrinə hər zaman dövlət tərəfindən diqqət ayrılır.
Bu barədə sualları cavablayarkən şəhid Vüsal Teymurovun anası Nuridə Teymurova bildirib.
O qeyd edib ki, ölkə başçısı Prezident İlham Əliyevin tapşırıqları ilə şəhid ailələri hər sahədə diqqətlə əhatə olunurlar.
"Teymurov Vüsal Zakir oğlu İkinci Qarabağ Müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, noyabrın 8-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Oğlum ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə" , "Döyüşdə fərqlənməyə görə"medalları ilə təltif olunub", - deyə o qeyd edib.
Şəhid ailələrinin şəraitinin yaxşılaşdırılması üçün müxtəlif işlər görüldüyünü bildirən N.Teymurova, şəhid ailələrinin mənzillə təmin edilməsinin dövlətin göstərdiyi diqqətin nümunəsi olduğunu qeyd edib.






















































