Xəbər Lenti
Dün, 08:46
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
2-07-2026, 10:19
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
1-07-2026, 11:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Amerikalı tennisçi məğlub olduqdan sonra raketkasını sındırıb

Dünya reytinqinin 3-cü qadın tennisçisi amerikalı Kori Qauff Avstraliya Açıq Çempionatında məğlub olduqdan sonra raketkasını darmadağın edib.
Oxu.Az-ın RBC-yə istinadən verdiyi məlumata görə, 21 yaşlı Qauff dörddəbir finalda ukraynalı Elina Svitolinaya 6:1, 6:2 hesabı ilə məğlub olub.
Matçdan sonra Qauff raketkasını bir neçə dəfə çırparaq sındırıb.
Qauff ardıcıl ikinci il Avstraliya Açıq Çempionatının dörddəbir finalında uduzub və ən yaxşı nəticəsi 2024-cü ildə yarımfinala vəsiqə qazanması olub. Amerikalı, həmçinin ABŞ Açıq Çempionatlarında (2023) və Rolan Qarros (2025) qələbə qazanıb.























































