Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Kevin Medina: "Düşünürəm ki, bizim üçün hər şey qaydasında olacaq"

"Hər kəs UEFA Çempionlar Liqasında yazılan tarixdən məmnundur".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma zamanı jurnalistlərə açıqlamasında bildirib.
"Liverpul"la oyun bizim üçün yaxşı olmadı, bunu bilirəm. Amma hər kəs Çempionlar Liqasında yazdığımız tarixdən məmnundur", - deyə o bildirib.
Kolumbiyalı müdafiəçi pley-offdakı potensial rəqibləri də dəyərləndirib:
"İndi yolumuza davam etməliyik. Qarşıdakı pley-off mərhələsini gözləyirik. Düşünürəm ki, bizim üçün hər şey qaydasında olacaq. Futbolda hər şey baş verir. Artıq diqqətimizi çempionata yönəltməliyik. Gələcəkdə nə olacağını görəcəyik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl Yunayted" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələcək. Bu raundun püşkü yanvarın 30-da atılacaq.























































