"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Azərbaycan Tibb Universitetində kamandan oxatma idman növünün inkişafı və perspektivləri müzakirə olunub
İmişlidə direktor şagirdi döyüb? - Araşdırmalar BAŞLANDI

İmişli rayon Hacalmuradlı kənd Q.Tarverdiyev adına tam orta məktəbin direktoru Ruslan İbayevin şagirdi döydüyü iddia olunub.
Oxu.Az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə hadisənin ötən tədris ilində baş verdiyi bildirilib.
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada paylaşılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı araşdırma aparılır:
"Hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.
Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək".
Aygün Mirakif






















































