Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
ABŞ-dən Venesuela nefti ilə bağlı qərar

ABŞ Maliyyə Nazirliyi ölkədə hüquqi şəxslərə Venesuela nefti ilə bağlı əməliyyatlar aparmaq səlahiyyəti verib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.
"Qeydiyyatdan keçən ABŞ qurumu tərəfindən Venesuela mənşəli neftlə bağlı fəaliyyətlərə, o cümlədən bu cür neftin emalına icazə verilir", - deyə sözügedən qurumdan bildirilib.
Bu lisenziya Rusiya, İran, Şimali Koreya və Kubada olan hüquqi şəxslərin iştirakı ilə Venesuela nefti ilə hər hansı əməliyyatın aparılmasını qadağan edir.
Qurumun lisenziyası, həmçinin Venesuelada və ya ABŞ-də yerləşən və ya onların qanunlarına əsasən təşkil olunan, Çindən olan şəxslərə məxsus və ya onların nəzarətində olan hüquqi şəxslərlə əməliyyatları qadağan edir.
Qeyd olunur ki, Çin qanunlarına əsasən təşkil edilən hüquqi şəxslər tərəfindən əməliyyatlar da qadağandır.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamları ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.






















































