"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Azərbaycan Tibb Universitetində kamandan oxatma idman növünün inkişafı və perspektivləri müzakirə olunub
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"

"2030-cu ilədək 14 regional DOST mərkəzinin və 64 filialın istifadəyə verilməsi nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov 2025-ci ilin yekunları və 2026-cı il üzrə hədəflərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2025-ci ildə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli xidmət məntəqələri, cari ilin yanvar ayında isə Tərtər filialı istifadəyə verilib:
"Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə yeddi DOST mərkəzi, iki DOST filialı, bir "Smart DOST" xidmət məntəqəsi, iki DOST məntəqəsi istifadəyə verilib.
Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filiallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır".
Aygün Mirakif






















































