Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının konfransı keçiriləcək

Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiya üzvlərinin növbəti yığıncağında deyib.
Kollegiya sədri bildirib ki, son 3 il ərzində Vəkillər Kollegiyasının beynəlxalq sahədə də bir sıra uğurları olub:
"Kollegiyanın nümayəndələri son 3 il ərzində 50-dən çox beynəlxalq tədbirdə iştirak ediblər. Görülən işlərin davamı kimi Kollegiyamız daha 2 yeni beynəlxalq nüfuzlu təşkilata - Avropa Gənc Vəkillər Assosiasiyasına (EYBA) və Avropa Vəkillər Kollegiyaları Federasiyasına (FBE) üzv qəbul edilib.
Cari ildə Kollegiyanın təşkilatçılığı ilə Avropa Gənc Vəkillər Assosiasiyasının növbəti Ümumi Yığıncağı və eyni zamanda Payız Konfransı Bakıda keçiriləcək. Tədbirdə 100-dən çox əcnəbi vəkil iştirak edəcək" .
Samir Əli























































