Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
“AYNA”-nın 12 min manata quraşdırdığı dayanacaq uçub?

Sosial paltformada yayılan məlumata görə AYNA-nın “Azneft”-də quraşdırdığı dayanacağı külək uçurub.XALQ xəbə verir ki, qurum yeni dayanacaqların quraşdırılması üçün tender elan edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhəri və regionlardakı küçə və prospektlərdə sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması üçün tender elan edib.
Məlumata görə AYNA tenderin qalibi olacaq şirkətə 300 ədəd dayanacaq pavilyonunun quraşdırılmasına görə 3 milyon 654 min 73 manat 57 qəpik (ehtimal olunan qiymət) ödəməyi nəzərdə tutub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, əgər tender ehtimal olunan qiymət üzərindən baş tutarsa, bir ədəd dayanacaq pavilyonunun quraşdırılması orta hesabla 12 min 180 manata başa gələcək.Biznews






















































