Menu
Xəbər Lenti
Tramp Çinə gedir
Dün, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

Neftimiz bahalaşdı
9-05-2026, 09:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
9-05-2026, 09:43

DYP-dən xəbərdarlıq

16 Mrt 14:58Manşet / Cəmiyyət

Şuşada ilk yaşayış kompleksi tikilir - Tender elan olundu

Şuşada ilk yaşayış kompleksi tikilir - Tender elan olundu

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşada ilk yaşayış kompleksinin tikintisi üçün tender elan edib.

Bu barədə İdarədən məlumat verilib. Bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə ilk yaşayış kompleksinin tikintisinə başlayır. 6 blokluq yaşayış kompleksi 24 binadan ibarət olacaq və tender ilk iki blokun tikintisini üçün keçirilir.

Yaşayış kompleksi şəhərin yuxarı hissəsində, tanınmış “Realnı” məktəbinin yaxınlığında yerləşən 8 hektarlıq sahədə tikiləcək. Açıq tenderdə tikinti işlərini yerinə yetirmək üçün qanunvericiliyə uyğun olaraq lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik bütün şirkətlər qatıla bilər.

Tender elanı ilə etender.gov.az portalında tanış olmaq olar. Tenderdə iştirak etmək istəyən təşkilatlar şərtlər toplusunu aldıqdan sonra elanda qeyd olunan ünvana tələb olunan hüquqi sənədlərlə birgə öz təkliflərini ikiqat qapalı zərfdə təqdim edə bilərlər.