Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

23 Şub 06:51Mədəniyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şəmsi Bədəlbəylinin doğum günü münasibətilə videoçarx hazırlayıb

Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qurucusu kimi tanınan, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin anadan olmasından 112 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi videoçarx hazırlayıb.

Videoçarxda bildirilir ki, o, 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Mənsub olduğu millətin mədəniyyətinin, teatr və musiqi sənətinin inkişafı naminə yorulmadan çalışan Şəmsi Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində silinməz iz qoyub. Bu səbəbdən də onun işıqlı xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacaq.