Xəbər Lenti
Dün, 05:15
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - Foto
25-02-2026, 08:14
Körpü-Bina-Tikinti MMC-nin rəhbəri Xəlil Göyüşov – Peşəkarlığın və dürüstlüyün ünvanı
Bu ərazilərdə 5 saat işıq olmayacaq

Fevralın 27-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq “Pirşağı” yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Pirşağı bağlar massivi və Ləhic bağları adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Təmir işləri tamamlandıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.






















































