Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Tramp İranı hədələdi, Mərkəzi Komandanlıq dəhşətli silahın GÖRÜNTÜLƏRİNİ yaydı - VİDEO
Donald Trampın İrana qarşı səsləndirdiyi hədələr fonunda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) strateji əhəmiyyət daşıyan "B-52" bombardmançısının videogörüntüsünü yayıb.
Oxu.Az xəbər verir ki, bu nəhəng təyyarə təkcə adi silahlar deyil, həm də nüvə başlıqları daşımaq potensialına malikdir.
"Əgər "B-52" işə qarışırsa, bu, heç vaxt bərabərsəviyyəli döyüş olmur", - CENTCOM-un "X"dəki paylaşımında deyilir.
Həmçinin komandanlıq hərb naziri Pit Heqsetdən sitat gətirib:
"Bu döyüşdə güzəşt nəzərdə tutulmamışdı və belə də oldu. Onlar məhv olanadək davam edəcəyik".

"Hazırda sarsıdıcı məğlubiyyətlə üzləşən İran Yaxın Şərqdəki qonşularından üzr istədi və bir daha onlara atəş açmayacağına söz verdi. Bu vəd yalnız ABŞ və İsrailin aramsız hücumları səbəbindən verildi. Onlar Yaxın Şərqdə nəzarəti bərqərar etməyə və hökmranlıq etməyə çalışırdılar. Min illər ərzində İran regionda ilk dəfədir ki, məğlubiyyətə uğradı".
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"dakı paylaşımında yazıb.
"Onlar dedilər: "Təşəkkür edirəm, Prezident Tramp". Mən dedim: "Buyurun!" - deyə Ağ Ev rəhbəri bildirib.
İran artıq Yaxın Şərqin "xuliqanı" deyil. İndi o, Yaxın Şərqin məğlub olan tərəfidir və onilliklər boyu, təslim olana və ya daha çox ehtimal ki, tamamilə çökənə qədər belə qalacaq. Bu gün İrana çox güclü zərbə vurulacaq. İranın pis davranışı səbəbindən, indiyə qədər hədəf hesab edilməyən ərazilər və qruplar üçün tamamilə məhvolma ehtimalı ciddi şəkildə nəzərdən keçirilir", - Tramp bildirib.
























































