Menu
Xəbər Lenti
08 Mrt 08:19Manşet / Dünya

Norveçdəki ABŞ səfirliyində partlayış oldu

norvecdeki-abs-sefirliyinde-partlayis-oldu

Norveçin paytaxtı Oslo şəhərində yerləşən ABŞ səfirliyi binasında partlayış səsi eşidilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis partlayışın yerli vaxtla saat 01:00 radələrində olduğunu bildirib.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölüm və ya xəsarət alan yoxdur.

Polis sözçüsü Mikael Dellemir NRK-ya açıqlamasında deyib ki, partlayış səfirliyin konsulluq bölməsində baş verib və kiçikdağıntıya səbəb olub.

Partlayışdan sonra binadan tüstü qalxdığı müşahidə olunub.

Polisin səfirliklə əlaqə saxladığı bildirilir. Partlayışın səbəbi ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.