Menu
Xəbər Lenti
Süni intellekt oğruları
3-08-2026, 10:24

Süni intellekt oğruları

İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

20 Nis 09:02Manşet / Dünya

“ABŞ buna ciddi yanaşmır”

abs-buna-ciddi-yanasmir

“ABŞ Fars körfəzi bölgəsində vəziyyətin tənzimlənməsinə ciddi yanaşmır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“İran limanlarına və gəmilərinə qarşı təhdidlər, eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-nin regionda nizamlanmaya ciddi yanaşmadığını sübut edir”, - o qeyd edib.

Əraqçi əlavə edib ki, ABŞ-nin ziddiyyətli mövqeyi və atəşkəs rejimini pozması onların xoşniyyətli olmadığını göstərir.

İran XİN rəhbəri vurğulayıb ki, ölkəsi öz maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün mövcud imkanlardan istifadə edəcək: “Regionda sülh və təhlükəsizliyin qorunması üçün məsləhətləşmələr davam etdiriləcək”.

Xatırladaq ki, ABŞ Oman körfəzində İrana məxsus gəmini vurub.