Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
General Bərxudarov 50-yə çatdı!

Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin komandanlarından biri - general-leytenant Mais Bərxudarovun doğum günüdür.
“Qafqazinfo” xəbər verir ki, general Bərxudarovun 50 yaşı tamam olur.
18 yaşından ordu sıralarına daxil olan Mais Bərxudarov bu yaşa qədər bir sıra məsul vəzifələrdə xidmət edib. Onun hərbi karyerasında ən mühüm mərhələlər isə 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsi ilə bağlıdır.
Xəbəri rus dilində oxuyun: Юбилей военачальника: Маису Бархударову исполняется 50
O vaxt 2-ci Ordu Korpusunun komandiri, polkovnik olan hərbçi 2016-cı ilin aprelində əsgərləri ilə birlikdə ön xətdə döyüşüb, Lələtəpə yüksəkliyinin və on kilometrlərlə ərazinin düşməndən azad olunmasında xüsusi rol oynayıb.
.jpg)
Elə bu xidmətinə görə Prezident İlham Əliyevin Sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.
2020-ci ildə baş vermiş, şanlı zəfərlə bitən 44 günlük Vətən müharibəsində də komandan heyətində yer alan Bərxudarov Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan və doğulduğu Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Sözügedən rayonların işğaldan azad edilməsinə görə medalları ilə təltif edilib.
General xidməti dövründə ümumikdə 20-yə yaxın orden və medalla təltif edilib. 2022-ci ildə isə dövlət başçısının sərəncamı ilə general-leytenant ali hərbi rütbəsinə layiq görülüb.
Bu gün yubileyini qeyd edən Mais Bərxudarov hazırda Müdafiə Nazirliyinin İnspeksiya idarəsində xidmətini davam etdirir.

























































