Menu
Xəbər Lenti
Süni intellekt oğruları
3-08-2026, 10:24

Süni intellekt oğruları

İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

26 Nis 09:38Manşet / Dünya

“Onlar üçün əsir düşərgələri də hazırlanıb”

onlar-ucun-esir-dusergeleri-de-hazirlanib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin mümkün hərbi təhdidləri fonunda genişmiqyaslı hazırlıq gördüklərini açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, qurumun yaydığı bəyanatda bildirilir ki, bütün hərbi və kəşfiyyat strukturları mümkün quru və hava hücumlarına qarşı tam hazırlıq vəziyyətinə gətirilib.

“İran Silahlı Qüvvələrinin kəşfiyyat imkanları və hazırlıq səviyyəsi düşmənin bütün mümkün əməliyyatlarına cavab verməyə qadirdir. Bu çərçivədə hətta əsir düşərgələri də potensial hücumçular üçün hazırlanıb”, - açıqlamada qeyd olunur.

Bəyanat 1980-ci ildə ABŞ-nin İranda girovların azad edilməsi məqsədilə həyata keçirdiyi və uğursuzluqla nəticələnən “Qartal Pəncəsi” əməliyyatının ildönümü ilə əlaqələndirilib. İran tərəfi həmin hadisəni xatırladaraq, ABŞ-nin “tarixi məğlubiyyətdən dərs çıxarmadığını” bildirib.

Açıqlamada həmçinin ABŞ-nin İsfahanın cənubuna yönəlmiş son addımları “Ağ Evin rüsvayçılığının təkrarı” kimi qiymətləndirilib və Vaşinqtonun regionda “düşmənçilik siyasətini davam etdirdiyi” vurğulanıb.

Bəyanatda İsrail də tənqid olunub və regiondakı gərginliklərdə rol oynadığı iddia edilib.

Eyni zamanda, sənəddə İranın regional strategiyasına da toxunulub. Bildirilib ki, Hörmüz boğazı üzərində nəzarətin qorunması ölkənin əsas çəkindirmə vasitələrindən biridir.

Bundan başqa, hər hansı yeni hücum cəhdinə “daha ağır və strateji cavab veriləcəyi” qeyd olunub.