Menu
Xəbər Lenti
Süni intellekt oğruları
3-08-2026, 10:24

Süni intellekt oğruları

İkram Kərimov vəfat etdi
2-08-2026, 10:01

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 09:57

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 09:53

İrana hücumu ləğv etdi

29 Nis 06:12Manşet / Dünya

“Anam Çarlza aşiq idi, inana bilərsinizmi?”

anam-carlza-asiq-idi-inana-bilersinizmi

ABŞ Prezidenti Donald Tramp Britaniya kral ailəsi III Çarlz və kraliça Kamillanın səfəri zamanı maraqlı çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp çıxışında III Çarlzın anası ll Elizabeti xatırlayaraq, onu yaxından tanıdığı üçün böyük şərəf hissi keçirdiyini bildirib.

O, mərhum kraliçanın 1991-ci ildə Ağ Evin ərazisində əkdiyi ağacı göstərərək bunu ABŞ və Böyük Britaniya arasında uzunmüddətli münasibətlərin simvolu kimi dəyərləndirib.

ABŞ Prezidenti qeyd edib ki, Şotlandiya əsilli anası Britaniya kral ailəsinə xüsusi simpatiya bəsləyirdi və tez-tez kraliça II Elizabeti televiziyada izləyərək onun gözəlliyini vurğulayırdı.

Tramp əlavə edib ki, anası gənclik illərində Çarlz haqqında da xoş fikirlər səsləndirib və onun çox şirin olduğunu deyib.

“Anam Çarlza aşiq idi, inana bilərsinizmi? Görəsən indi nə düşünür?”, -deyə Tramp bildirib.