Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
“Ukrayna və İrandakı münaqişə eyni vaxtda başa çata bilər”

ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı Ukrayna və İrandakı münaqişələrin eyni vaxtda başa çata biləcəyini istisna etməyib.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri hansı müharibənin daha tez bitəcəyini dəqiq bilmədiyini, lakin hər iki prosesin eyni müddətdə yekunlaşa biləcəyini qeyd edib:
“Hansı hərbi münaqişə birinci bitəcək? Bilmirəm, bəlkə də ikisi də eyni müddət ərzində başa çatacaq”.
Tramp bildirib ki, onun üçün Rusiyanın İran məsələsindən daha çox Ukraynadakı münaqişənin həlli ilə məşğul olması prioriteti təşkil edir.
O, Vladimir Putinin ona uranın zənginləşdirilməsi məsələsində kömək təklif etdiyini, lakin buna fərqli cavab verdiyini vurğulayıb:
“Mən cavab verdim ki, Rusiyanın Ukraynadakı müharibənin dayandırılmasına cəlb olunmasına üstünlük verərdim. Mənim üçün bu daha vacibdir”.
ABŞ lideri əlavə edib ki, Rusiya dövlət başçısı Ukrayna münaqişəsinin nizamlanması üçün həll yolu tapmaq istəyir. Tramp həmçinin Putinə atəşkəs rejimi tətbiq etməyi təklif etdiyini və Rusiya prezidentinin belə bir addım ata biləcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp Ukraynanın Rusiya ilə münaqişədə məğlub olduğunu bəyan etmişdi.























































