Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
30-04-2026, 06:34

Xəzərdə zəlzələ oldu

12 qurban, 17 illik hüzun...
30-04-2026, 06:10

12 qurban, 17 illik hüzun...

SALAM, DAĞ QARDAŞLARI!
29-04-2026, 13:54

SALAM, DAĞ QARDAŞLARI!

Bu qidalar enerji mənbəyidir
29-04-2026, 06:25

Bu qidalar enerji mənbəyidir

Bu ərazilərdə qaz olmayacaq
29-04-2026, 06:00

Bu ərazilərdə qaz olmayacaq

03 May 09:09Manşet / Dünya

İranın Hörmüz üçün - 12 maddəlik planı

iranin-hormuz-ucun

İran Hörmüz boğazının idarə edilməsi üçün 12 maddədən ibarət yeni plan hazırladığını açıqlayıb və İsrail gəmilərinin boğazdan keçməsinə heç vaxt icazə verilməyəcəyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, İran Parlamentinin sədr müavini Əli Nikzad cənubdakı Bəndər Abbas şəhərindəki açıqlamasında planın əsas detalları barədə danışıb.

“Hörmüz boğazının idarəetmə planı 12 maddədən ibarətdir. Bu plana görə, İsrail gəmiləri və İranın düşmən hesab etdiyi ölkələrin gəmiləri müharibə təzminatı ödəmədikcə boğazdan keçə bilməyəcək. Digər gəmilər isə İran parlamentinin qanun və icazələrinə uyğun hərəkət edəcək”, - o qeyd edib.

Nikzad Hörmüz boğazının idarə edilməsinin İranın milli maraqları üçün mühüm olduğunu vurğulayıb: “Boğazın yeni idarəetmə forması neftin milliləşdirilməsi qədər vacibdir”.

İran Parlamentinin İctimai İşlər Komissiyasının rəhbəri Məhəmməd Rza Rzayi isə Hörmüz boğazından əldə olunan gəlirin bölüşdürüləcəyini açıqlayıb. Onun sözlərinə görə, gəlirin 30%-i silahlı qüvvələrin gücləndirilməsinə, 70%-i isə əhalinin həyat şəraitinin yaxşılaşdırılması və infrastruktur layihələrinə ayrılacaq.