Menu
Xəbər Lenti
08 May 06:06Manşet / Şou-biznes

40 dəqiqəyə biletlər tükənmişdi - İkinci konsert də olacaq

40-deqiqeye-biletler-tukenmisdi

İllər sonra İstanbulda yenidən səhnəyə çıxmağa hazırlaşan türkiyəli müğənni Şebnem Ferahın konsertinə böyük maraq var. İyunun 3-də “KüçükÇiftlik Park”da keçiriləcək konsertin biletləri 40 dəqiqədə tamamilə tükənib.

“Qafqazinfo” xəbər verir ki, biletlərin satışa çıxarıldığı platformada təxminən 300 min nəfərin onlayn növbədə gözlədiyi bildirilib.

Yüksək tələbat səbəbindən təşkilatçılar əlavə konsert qərarı veriblər.

Məlumata görə, Şebnem Ferah pərəstişkarları ilə 27 iyun tarixində yenidən “KüçükÇiftlik Park” səhnəsində görüşəcək. Əlavə konsertin biletlərinin satışa çıxarılması isə artıq sosial mediada geniş müzakirə olunur.

Şebnem Ferahın uzun fasilədən sonra verəcəyi konsert musiqi dünyasının ən çox danışılan tədbirlərindən birinə çevrilib. Sosial mediada konsertlə bağlı paylaşımlar sürətlə yayılarkən, bəzi biletlərin “qara bazar”da 80 min lirəyə qədər (təxminən 3 min manat) satışa çıxarıldığı iddia edilib.