Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
ABŞ Hörmüzdə İranın neft tankerinə zərbələr endirdi

ABŞ ordusunun İranın neft tankerinə hücum etdiyi, rəsmi Tehranın isə buna cavab olaraq Amerika gəmilərini raket atəşinə tutduğu bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı yüksəkrütbəli hərbi mənbəyə istinadən IRIB yayıb.
Mənbənin bildirdiyinə görə, Hörmüz boğazı ərazisində İran neft tankerinə hücum edən ABŞ bölmələri dərhal hədəfə alınıb:
“Hücumu həyata keçirən düşmən bölmələri İranın raket atəşinə məruz qalıb. ABŞ ordusu itki verərək geri çəkilmək məcburiyyətində qalıb”.
Qeyd edək ki, bundan əvvəl Keşm adası və Bəndər-Abbas limanı ərazisində bir neçə güclü partlayış səsinin eşidildiyi barədə xəbərlər yayılmışdı. Bəzi mənbələr Birləşmiş Ərəb Əmirliklərinin qırıcı təyyarələri vasitəsilə Bəndər-Abbas limanının bombalandığını iddia etsələr də, digər məlumatlarda limana PUA hücumu və Sirikdəki partlayış xəbərləri təkzib olunub.
Hazırda bölgədə vəziyyətin gərgin olaraq qaldığı bildirilir.






















































