Menu
Xəbər Lenti
08 May 06:25Manşet / Dünya

Hörmüzdəki hücumlara belə reaksiya verdi

hormuzdeki-hucumlara-bele-reaksiya-verdi

ABŞ Prezidenti Donald Trump İranla əldə olunan atəşkəsin qüvvədə qaldığını açıqlayıb. Tramp bu bəyanatı ABŞ və İran arasında son hücumların ardından artan gərginlik fonunda verib.

“Qafqazinfo”nun xəbərinə görə, “ABC News”a müsahibəsində Tramp “Atəşkəs davam edir, qüvvədədir” deyərək son qarşıdurmaları “sadəcə bir sevgi tapşırığı” kimi xarakterizə edib.

ABŞ Hörmüz boğazı istiqamətində hərəkət edən Amerika hərbi gəmilərinə qarşı təşkil olunduğu bildirilən hücumlara cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib.

Trampın açıqlaması İran Silahlı Qüvvələrinin sözçüsünün ABŞ-ni atəşkəsi pozmaqda ittiham etməsindən sonra gəlib. İran tərəfi bildirib ki, ABŞ qüvvələri Hörmüz boğazına doğru hərəkət edən İran neft tankerini hədəfə alıb.

Digər tərəfdən, Tramp sosial media platformasında paylaşdığı açıqlamada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esminesin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını bildirib. Onun sözlərinə görə, raketlər, pilotsuz uçuş aparatları və sürətli qayıqlarla təşkil edilən hücumların qarşısı alınıb.

Tramp qeyd edib ki, ABŞ qüvvələri hücumlarda iştirak edən İran hərbi vasitələrini məhv edib və Amerika gəmilərinə zərər dəyməyib. O həmçinin İranı nüvə razılaşmasını tez bir zamanda imzalamağa çağıraraq, əks halda daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.