Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
9-05-2026, 09:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
9-05-2026, 09:43

DYP-dən xəbərdarlıq

Avropaya köçür
9-05-2026, 09:18

Avropaya köçür

“Uzak Şehir”dən gedir
8-05-2026, 06:18

“Uzak Şehir”dən gedir

11 May 15:33Manşet / Gündəm / Cəmiyyət

Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"

"İranla bağlı gərginlik və Hörmüz boğazında müşahidə edilən çətinliklər qlobal iqtisadiyyata ciddi təsir göstərməkdədir".

Bunu Oxu.Az-a açıqlamasında deputat Vüqar Bayramov deyib:

Deputat: Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur - FOTO

"Bir tərəfdən beynəlxalq təşkilatlar tərəfindən qlobal iqtisadi artımla bağlı gözləntilər yenidən nəzərdən keçirilib və həmin proqnozlar azaldılıb. Digər tərəfdən isə dünya bazarında ciddi qiymət artımları müşahidə olunur".

O qeyd edib ki, ABŞ başda olmaqla inkişaf etmiş ölkələrdə inflyasiya səviyyəsi hədəflənən göstəricidən daha yüksəkdir:

"Mart ayında ABŞ-də 3.3 faiz inflyasiya qeydə alınıb. Halbuki ABŞ üçün hədəflənən inflyasiya səviyyəsi 2 faizdən aşağı idi.

Bütün bunlar göstərir ki, inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa İttifaqında qiymət artımları və bir sıra məhsulların bahalaşması iqtisadi artım proqnozlarının yenilənməsinə səbəb olub. Dünya iqtisadiyyatındakı qeyri-müəyyənliyə və regional geosiyasi təhdidlərin artmasına baxmayaraq Azərbaycan iqtisadiyyatı stabilliyini qoruyub saxlayır. Qiymət artımlarının qarşısının alınması ilə bağlı hökumət tərəfindən sistemli tədbirlər həyata keçirilir.

Nəticə etibarilə, iqtisadiyyatda, xüsusilə də yeni iş yerlərinin yaradılması istiqamətində siyasət davam etdirilir. Nəzərə alsaq ki, 2026-cı ildə Azərbaycan iqtisadiyyatının təxminən 2 faizə yaxın artacağı proqnozlaşdırılır, bu, həyata keçirilən tədbirlərin nəticəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət iqtisadi islahatların daha da dərinləşməsinə, eləcə də mənfi xarici faktorların Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsinə xidmət edir".

Deputat əlavə edib ki, bu, dayanıqlı və stabil iqtisadi artımın qorunması baxımından vacibdir:

"Hazırda Azərbaycanın dövlət rezervləri 85 milyard dollardan artıqdır. Paralel olaraq Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində intensiv işlər aparılır. Bu baxımdan, 2026-cı ildə də qlobal iqtisadiyyatda mövcud çətinliklərə və geosiyasi dalğalanmalara baxmayaraq Azərbaycan iqtisadiyyatının sabitliyini qoruyacağı gözlənilir.

Eyni zamanda istehlak bazarında qiymətlərin optimallaşdırılması və tarazlığın qorunması istiqamətində siyasət davam etdirilir. Bütün bunlar vətəndaşların sosial rifahının və iqtisadi hüquqlarının daha effektiv qorunmasına xidmət edir".