Xəbər Lenti
11-08-2026, 14:43
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər
“Yeni mobil tətbiq sərnişinlərə metrodan daha rahat və səmərəli istifadə imkanı yaradacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov Trend-ə müsahibəsində deyib.
“Mobil tətbiqdə sərnişinlər QR-kod vasitəsilə ödəniş edə biləcəklər. Hansı stansiyadan hansı stansiyaya daha tez çatmaq, günün hansı vaxtı sıxlığın az və ya çox olduğunu qabaqcadan görmək, qatarın hansı vaqonunun nisbətən boş olduğunu əvvəlcədən bilmək imkanları olacaq”, - deyə o vurğulayıb.























































