Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Sarkozinin 7 il həbsi tələb edildi

Fransanın keçmiş Prezidenti Nikola Sarkozi barəsində 7 il həbs cəzası, 300 min avro cərimə və 5 il müddətinə siyasi fəaliyyət qadağası tələb olunub.
“Qafqazinfo” xəbər verir ki, Paris Apellyasiya Məhkəməsində davam edən “Liviya işi” üzrə məhkəmə prosesində prokurorluq hökm tələblərini açıqlayıb.
Sarkozi 2007-ci il prezident seçkiləri kampaniyası zamanı Liviyadan qanunsuz maliyyə vəsaiti almaqda ittiham olunur.
Prokurorluq bildirib ki, tələb olunan cəza birinci instansiya məhkəməsində irəli sürülən cəza ilə eynidir. İttihama əsasən, Sarkozi yalnız “cinayətkar təşkilat yaratmaqda” deyil, həmçinin korrupsiya, qanunsuz seçki kampaniyasının maliyyələşdirilməsi və dövlət vəsaitlərinin mənimsənilməsinin gizlədilməsi maddələri üzrə də məsuliyyət daşıyır.
İş üzrə prokuror Rodolf Jui-Birman bildirib ki, ittihamlar sadəcə seçki kampaniyasının maliyyələşdirilməsi ilə məhdudlaşmır: “Bu iş dövlət vəzifəsindən istifadə, siyasi təsir və beynəlxalq əlaqələri əhatə edən genişmiqyaslı korrupsiya iddialarını özündə birləşdirir”.
Sarkozinin vəkilləri isə ittihamları rədd ediblər. Keçmiş prezidentin vəkili Kristof Enqren məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, müdafiə tərəfi Nikola Sarkozinin tamamilə günahsız olduğunu sübut edəcək: “Liviya tərəfindən heç bir maliyyələşmə olmayıb”.
Paris Apellyasiya Məhkəməsinin yekun qərarını 30 noyabr tarixində açıqlaması gözlənilir.
Qeyd edək ki, iddialara görə, 2007-ci ildə o dövrdə Liviyaya rəhbərlik edən Müəmmər Qəddafi hakimiyyəti Sarkozinin seçki kampaniyasına gizli şəkildə təxminən 50 milyon avro vəsait ayırıb. Bu barədə məlumat ilk dəfə 2013-cü ildə Fransa mediasında yayımlanıb.
2018-ci ildə Fransa hüquq-mühafizə orqanları rəsmi istintaqa başlayıb və Sarkoziyə qarşı korrupsiya, qanunsuz seçki maliyyələşdirilməsi və cinayətkar qruplaşma ilə əlaqə ittihamları irəli sürülüb.
2025-ci ilin sentyabrında Sarkozi “cinayətkar təşkilat yaratmaq” maddəsi üzrə 5 il həbs cəzasına məhkum edilmişdi. O, digər ittihamlar üzrə isə bəraət almışdı. Keçmiş prezident cəzasının bir hissəsini Parisdəki La Sante həbsxanasında çəkdikdən sonra məhkəmə nəzarəti altında azadlığa buraxılmışdı.
İş çərçivəsində Sarkoziyə yaxın bir sıra şəxslər də müxtəlif həbs və cərimə cəzaları alıblar. Onların arasında keçmiş daxili işlər naziri Klod Gean, sabiq nazir Bris Ortefö və Fransa-Livan əsilli iş adamı Aleksandr Cuhri də var.





















































