Menu
Xəbər Lenti
“AS Group” WUF13-də
Bugün, 14:23

“AS Group” WUF13-də

Kobaxidze Bakıdadır
18-05-2026, 09:41

Kobaxidze Bakıdadır

Vüqar Qurbanova ağır itki
18-05-2026, 09:21

Vüqar Qurbanova ağır itki

22 May 13:42Manşet / Gündəm / Dünya

İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.

 

Çıxış zamanı beynəlxalq hüquq, insan hüquqlarının müdafiəsi, qlobal təhlükəsizlik və dövlətlərarası əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilmişdir. İsmayıl Zalov peşəkar hüquqi yanaşması, diplomatik nitq üslubu və əsaslandırılmış hüquqi arqumentləri ilə tədbir iştirakçılarının diqqətini cəlb etmişdir.


Çıxışında Azərbaycan Respublikasının beynəlxalq arenada artan nüfuzu, ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, həmçinin multikultural dəyərlərin qorunması və təşviqi məsələləri geniş şəkildə qeyd olunmuşdur. Bildirilmişdir ki, Azərbaycan regional sabitliyin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və humanitar təşəbbüslərin həyata keçirilməsi istiqamətində mühüm rol oynayan dövlətlərdən biridir.


Avropa Parlamentində Azərbaycanın təmsil olunması və ölkəmizin beynəlxalq hüquq sahəsində mövqeyinin təqdim edilməsi xüsusi əhəmiyyət kəsb edir. İsmayıl Zalovun çıxışı Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun, intellektual potensialının və hüquqi diplomatiya sahəsində əldə etdiyi uğurların növbəti göstəricisi kimi dəyərləndirilmişdir.


Brussels şəhərində keçirilən görüş çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri və gələcək birgə təşəbbüslər müzakirə olunmuşdur.


Avropa Parlamentində keçirilən beynəlxalq görüş çərçivəsində yüksək səviyyəli dialoqlar və mühüm müzakirələr davam etməkdədir. Beynəlxalq hüquq və qlobal əməkdaşlıq istiqamətində aparılan müzakirələrdə iştirak etmək böyük məsuliyyət və yüksək etimad nümunəsi hesab olunur.


Azərbaycan Respublikasının beynəlxalq platformalarda layiqincə təmsil olunması, regional və qlobal məsələlər üzrə ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlər ardıcıl şəkildə davam etdirilir.


 

ARHD.MEDIA