“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Böyümə, yaşlanma və xərçəng riski bir genlə əlaqəlidir
Alimlər həm böyüməni sürətləndirən, həm də ömrü qısaldan "ikili təsirə malik" gen aşkar ediblər
Yerusəlim İbrani Universiteti və britaniyalı həmkarlarının apardıqları yeni araşdırma insan və heyvanların inkişaf prosesindəki mühüm bir sirri üzə çıxarıb.
Sehiyye.info bildirir ki, Nature Communications jurnalında dərc olunan tədqiqata görə, vgll3 adlı gen orqanizmin erkən yaşda sürətlə böyüməsini və cinsi yetkinliyə çatmasını təmin etsə də, gələcəkdə ömür uzunluğunun azalmasına və xərçəng riskinin artmasına səbəb olur. Afrika çəhrayı karpı (nothobranchius furzeri) balıqları üzərində CRISPR texnologiyası ilə aparılan təcrübələr göstərib ki, bu genin fəaliyyətinin dəyişdirilməsi daha sürətli inkişafı təşviq etsə də, hüceyrələrin bölünməsi və DNT-nin bərpası proseslərindəki pozuntular hesabına melanoma kimi yaşa bağlı şişlərin yaranma ehtimalını artırır. Alimlərin "antaqonist pleiotropiya" nəzəriyyəsinin əyani sübutu kimi qiymətləndirdiyi bu kəşf, gələcəkdə genin böyüməyə olan müsbət təsirini qoruyub saxlamaqla, onun yaratdığı zərərli riskləri neytrallaşdırmaq üçün yeni müalicə üsullarının hazırlanmasına yol aça bilər.//32gun.az






















































