Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Azərbaycanın tanınmış sahibkarlarından, “Planeta” şirkətinin təsisçisi və direktoru, eləcə də Bioloji Təbabət Klinikasının təsisçisi Elxan Ənvər oğlu Yaqubov uzun illərdir ki, ölkəmizdə sahibkarlığın, səhiyyənin və elmi maarifçiliyin inkişafına mühüm töhfələr verən nüfuzlu şəxslərdən biri kimi tanınır.
Elxan Yaqubov 1968-ci il iyunun 16-da Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə alaraq 1985-ci ildə Qaraxıdır kənd orta məktəbini bitirmiş, 1986–1988-ci illərdə hərbi xidmət keçərək Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirmişdir. Daha sonra ali təhsilini davam etdirərək 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının İqtisadiyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Elmi fəaliyyətə də xüsusi önəm verən Elxan Yaqubov Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun dissertantı olmuşdur.![]()
Onun uğurlu əmək fəaliyyəti 1997-ci ildə təsis etdiyi "Planeta" şirkəti ilə yeni mərhələyə qədəm qoymuşdur. Qısa müddətdə şirkət öz fəaliyyət istiqaməti və etibarlılığı ilə tanınaraq ölkənin nüfuzlu müəssisələrindən birinə çevrilmişdir.
Elxan Yaqubovun ən mühüm xidmətlərindən biri isə 2001-ci ildə Almaniyada formalaşmış Bioloji Tənzimləyici Təbabət metodunu Azərbaycana gətirməsi olmuşdur. O, bu müasir müalicə üsulunun ölkəmizdə tətbiqi üçün geniş təşkilati işlər görmüş, müxtəlif ixtisaslar üzrə həkimlərin peşəkar hazırlığını təmin etmişdir. Məhz bu sistemli fəaliyyətin nəticəsi olaraq 2009-cu ilin fevral ayında Bioloji Təbabət Klinikasını təsis etmişdir. Klinika qısa müddətdə müasir tibbi yanaşmaları, peşəkar həkim kollektivi və pasiyent məmnuniyyəti ilə seçilən tibb müəssisələrindən birinə çevrilmişdir.
Elxan Yaqubov yalnız sahibkar və təşkilatçı kimi deyil, həm də yaradıcılığı və tarixə olan marağı ilə seçilir. O, Azərbaycan dövlətçiliyi, tariximiz və milli yaddaşımızla bağlı dəyərli əsərlərin müəllifidir. 2007-ci ildə Prezident cənab İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Hər bir azərbaycanlının Prezidenti" adlı kitabını nəşr etdirmişdir. 2012-ci ildə tariximizdən bəhs edən "Qara xaç yürüşü", 2014-cü ildə isə Xocalı soyqırımının ağrı-acısını əks etdirən "Torpaq qan ağlayır" kitablarını oxucuların ixtiyarına vermişdir. Bu əsərlər milli-mənəvi dəyərlərin, tarixi həqiqətlərin və vətənpərvərlik ruhunun təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.![]()
Peşəkar idarəçilik bacarığı, yenilikçi düşüncə tərzi, sosial məsuliyyət hissi və insan sağlamlığına göstərdiyi həssas münasibət Elxan Yaqubovu cəmiyyətin hörmətini qazanan nüfuzlu şəxsiyyətlərdən birinə çevirmişdir. O, həm sahibkarlıq, həm səhiyyə, həm də elmi-maarifçilik sahəsində həyata keçirdiyi layihələrlə Azərbaycan cəmiyyətinin inkişafına öz dəyərli töhfələrini verməyə davam edir.
Ailə dəyərlərinə daim böyük önəm verən Elxan Yaqubov ailəlidir, üç övlad atasıdır. Onun həyat yolu zəhmət, əzmkarlıq, vətənpərvərlik və insanlara faydalı olmaq prinsipləri üzərində qurulmuş uğurlu ömür nümunəsidir.
Hörmətli Elxan Yaqubov!
Sizi 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik!
İnsan sağlamlığının keşiyində dayanmaq, cəmiyyətə sağlam gələcək bəxş etmək ən ali və şərəfli missiyalardan biridir. Bioloji Təbabət Klinikasının yaradılması və ölkəmizdə müasir tibbi yanaşmaların inkişafı istiqamətində göstərdiyiniz xidmətlər yüksək qiymətə layiqdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, yeni uğurlar və xeyirxah fəaliyyətinizdə daim nailiyyətlər arzulayırıq. Tibb sahəsinə verdiyiniz töhfələr bundan sonra da Azərbaycan səhiyyəsinin inkişafına xidmət etsin!
Peşə Bayramınız mübarək!
P.S.
Dünən,
Yəni 16 iyun həm də Elxan müəllimin doğum günüdir. Bu münasibətlə də dəyərli Elxan müəllimi ürəkdən təbrik edir və daim sevinc doğuran uğurlar diləyirik!






















































