Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
14-06-2026, 11:31

Sürücülərin nəzərinə!

Daşkəsəndə yol çökdü
14-06-2026, 11:06

Daşkəsəndə yol çökdü

18 Haz 16:49Manşet / Gündəm / Siyasət

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib

 

17 iyun 2026-cı il tarixində Şəhərsalma və Memarlıq İli çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilib.


Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, səhiyyə müəssisələrinin rəhbərləri, həkimlər, tibb işçiləri və partiya fəalları iştirak ediblər.


Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək onların cəmiyyətin sağlamlığının qorunmasında göstərdikləri xidmətləri yüksək qiymətləndirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində həyata keçirilən layihələrin və müasir səhiyyə infrastrukturunun yaradılmasının tibb işçilərinin fəaliyyətinə geniş imkanlar açdığını vurğulayıb.


Daha sonra Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Müşviq Məmmədli çıxış edərək səhiyyə sisteminin inkişafı istiqamətində görülən işlərdən bəhs edib, həkimlərin və tibb işçilərinin cəmiyyət həyatındakı mühüm rolunu qeyd edib.


Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxışında tibb işçilərinin fədakar əməyini yüksək qiymətləndirərək onların peşə fəaliyyətində uğurlar arzulayıb.


Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov çıxışında tibb işçilərinin cəmiyyət qarşısında daşıdıqları böyük məsuliyyətdən bəhs edib, həkim və tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıb.


Çıxışlarda ölkəmizdə səhiyyə sahəsinin inkişafına göstərilən dövlət qayğısından, tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb, onların cəmiyyət qarşısındakı xidmətləri xüsusi vurğulanıb.


Tədbir çərçivəsində bir qrup səhiyyə əməkdaşı səmərəli fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif olunub.


Rəsmi hissədən sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Tədbir bədii proqramla davam edib, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları səsləndirilib, iştirakçılarla xatirə şəkilləri çəkdirilib.


Tədbir iştirakçıları Azərbaycan tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, səhiyyə sahəsində əldə olunan uğurların bundan sonra da davam edəcəyinə əminliklərini bildiriblər.