Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
60 il öz əlində təcrübə aparan alim sübut etdi
Barmaqları “şıkkıldatmaq” sağlamlığa zərərli olduğu və artritə səbəb olduğu barədə fikirlər geniş yayılıb. Lakin elmi araşdırmalar bu iddianı təsdiqləmir.
Mütəxəssislərin sözlərinə görə, eşidilən səs sümüklərin bir-birinə dəyməsindən yaranmır. Oynaqları əhatə edən sinovial mayedə həll olmuş karbon qazı, azot və oksigen kimi qazlar mövcuddur. Oynaq dartıldıqda təzyiq azalır, qaz qabarcıqları əmələ gəlir və onların sürətlə yaranması və ya çökməsi xarakterik “çıt” səsinə səbəb olur.
Bu mövzuda ən məşhur təcrübələrdən birini amerikalı alim Donald Unger aparıb. O, təxminən 60 il ərzində yalnız sol əlinin barmaqlarını mütəmadi olaraq şıkkıldadıb, sağ əlini isə toxunulmaz saxlayıb. Sonradan hər iki əli müqayisə edən alim artrit və ya digər ciddi fərqlərin olmadığını müəyyən edib. Bu qeyri-adi araşdırmaya görə o, Şnobel mükafatına layiq görülüb.//saglamolun





















































