Menu
Xəbər Lenti
Qəhrəmanlar danışır...
3-07-2026, 19:11

Qəhrəmanlar danışır...

Nazir Jan Todla görüşdü
3-07-2026, 08:39

Nazir Jan Todla görüşdü

Paşinyan İrana getdi
3-07-2026, 07:59

Paşinyan İrana getdi

10 Ock 13:01Manşet / Gündəm / Səhiyyə

Bakıda yerləşən “İstanbul” klinikasında ixtisasca ümumi cərrah olan Fuad Abdullayev sertifikatı olmadığı halda plastik və estetik əməliyyatlar həyata keçirir.

Sertifikatsız estetik əməliyyatlar iddiası: “İstanbul” klinikasında baş verənlər araşdırılmalıdır

Bakıda fəaliyyət göstərən “İstanbul” klinikasında ixtisasca ümumi cərrah olan Fuad Abdullayevin plastik və estetik əməliyyatlar həyata keçirdiyi barədə yayılan məlumatlar ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilir ki, həkim plastik cərrahiyyə üzrə sertifikata malik olmadığı halda estetik əməliyyatlar icra edir. İddialara görə, hazırda onun fəaliyyətinə daha geniş imkan yaradılıb və bəzi əməliyyatlar formal olaraq müvafiq ixtisaslı həkimlərin adına rəsmiləşdirilsə də, əməliyyatları faktiki olaraq Fuad Abdullayev həyata keçirir.

Məsələ ilə bağlı “İstanbul” klinikasının sahibi Əziz Quliyevlə əlaqə saxlanılıb. O, Fuad Abdullayevin klinikada fəaliyyət göstərdiyini təsdiqləsə də, hansı əməliyyatları icra etməsi barədə dəqiq məlumata malik olmadığını bildirib. Klinikaya rəhbərlik edən şəxsin belə mühüm məsələdən xəbərsiz olduğunu söyləməsi isə əlavə suallar doğurur.

Çünki tibb müəssisəsinin rəhbərliyi klinikada çalışan hər bir həkimin ixtisası, sertifikatları və icra etdiyi tibbi xidmətlər barədə məlumatlı olmalı, qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət etməlidir. Əks halda, bu, həm pasiyentlərin təhlükəsizliyi, həm də tibbi xidmətlərin qanuniliyinə dair ciddi narahatlıqlar yaradır.

Xatırladaq ki, 2025-ci ilin aprel ayında açıqlanan plastik cərrahiyyə üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin rəsmi siyahısında Fuad Paşa oğlu Abdullayevin adı yer almayıb. Eyni zamanda, əvvəllər onun sertifikatsız tibbi fəaliyyət göstərməsi ilə bağlı inzibati tədbirlərin görüldüyü barədə də rəsmi məlumatlar yayılmışdı.

Bütün bunlara baxmayaraq, sosial şəbəkələrdə plastik və estetik əməliyyatların reklam olunması, pasiyent videolarının paylaşılması və yeni əməliyyatlar üçün qəbulun davam etməsi məsələnin aktuallığını daha da artırır.

Ortaya bir sıra mühüm suallar çıxır:

Əgər həkimin plastik cərrahiyyə üzrə qüvvədə olan sertifikatı yoxdursa, estetik əməliyyatları hansı hüquqi əsasla həyata keçirir?

Əməliyyatlar doğrudanmı başqa həkimlərin adına rəsmiləşdirilir?

Bu prosesə klinika rəhbərliyi və məsul şəxslər necə nəzarət edir?

Pasiyentlər əməliyyatı kimin icra etdiyi barədə tam və düzgün məlumatlandırılırmı?

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən yeni yoxlama aparılacaqmı?

Qeyd edək ki, bu yazıda yer alan məlumatlar müxtəlif media materiallarında dərc olunmuş iddialara və əldə olunan açıqlamalara əsaslanır. Sözügedən iddiaların hüquqi qiymətləndirilməsi və onların təsdiq və ya təkzib edilməsi səlahiyyəti yalnız müvafiq dövlət qurumlarına məxsusdur.

Mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq, Səhiyyə Nazirliyi, Analitik Ekspertiza Mərkəzi və digər aidiyyəti qurumların məsələyə münasibət bildirməsi, zərurət yaranacağı təqdirdə araşdırma aparması və nəticələr barədə ictimaiyyəti məlumatlandırması məqsədəuyğun olardı.

Redaksiya olaraq Fuad Abdullayevin, “İstanbul” klinikasının rəhbərliyinin və adı hallanan bütün tərəflərin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. Qarşı tərəfin təqdim edəcəyi rəsmi izahat və ya təkzib olduğu halda, jurnalist etikası prinsiplərinə uyğun olaraq dərc ediləcək.

Qarşı tərəfin mövqeyini tanıyırıq.