Menu
Xəbər Lenti
Ağstafaya sel gəldi
Dün, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

08 Tem 11:58Manşet / Sosial

Bəzi rayonlarda leysandır

bezi-rayonlarda-leysandir

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.

Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclüdür.

Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19 m/s-yə çatır.