Xəbər Lenti
15-07-2026, 09:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
14-07-2026, 12:01
"Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
Sumqayıtlı həkimdən beynəlxalq uğur!
Sumqayıtlı həkim, tibb xidməti mayoru Zaur Nağıyev Avstriyanın Zalsburq şəhərində 28 ölkədən LOR həkimlərinin iştirak etdiyi beynəlxalq elmi proqram və imtahanda ən yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.
655 balla Ankaranın Keçiören rayonundakı Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olan və oranı fərqlənmə ilə bitirən Zaur Nağıyev təhsil illərində dəfələrlə akademiya və Türkiyə birincisi olub.
Hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında çalışan, Vətən müharibəsi iştirakçısı və 12 dövlət medalı ilə təltif olunan Zaur Nağıyev elmi fəaliyyətində də mühüm uğurlara imza atıb. Onun bu nailiyyəti Azərbaycanı və doğma Sumqayıtı beynəlxalq arenada bir daha qürurla təmsil edib.





















































