Xəbər Lenti
16-07-2026, 09:53
Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
15-07-2026, 09:57
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
DÇ-2026-da III yer uğrunda mübarizə - Fransa, yoxsa İngiltərə?
DÇ-2026-da üçüncü yer uğrunda oyun keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gələcək.
Qarşılaşma iyulun 19-na keçən gecə ABŞ-nin Mayami şəhərində yerləşən “Mayami Stadium”da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.
Xatırladaq ki, Fransa yarımfinalda İspaniyaya uduzaraq final şansını itirib. İngiltərə isə Argentina ilə görüşdə məğlub olub.
Qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.





















































