Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

21 Tem 13:12Manşet / İdman

“Turan Tovuz” “Monpelye”nin yetirməsini transfer etdi

turan-tovuz-monpelyenin-yetirmesini-transfer-etdi

“Turan Tovuz” yay “transfer pəncərəsi”ndə heyətini yeni legionerlə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, Tovuz klubu “Monpelye”nin yetirməsi olan Stiv Beusnard ilə 2 illik müqavilə bağlayıb.

Boyu 1,70 metr olan  fransalı yarımmüdafiəçi sol ayaqla oynayır. Əsas mövqeyi mərkəz yarımmüdafiəçisi olsa da, universallığı ilə seçilən futbolçu ehtiyac yarandıqda pleymeyker və dayaq yarımmüdafiəçisi funksiyalarını da uğurla yerinə yetirir.

34 yaşlı futbolçu karyerası ərzində vətənində “Bezye” və “Ayaçço” kimi klubların formasını geyinib.

Ötən mövsüm “Pau” klubunun heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 29 rəsmi matçda meydana çıxan təcrübəli yarımmüdafiəçi 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.