Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:57

Bu gün imtahan var

Prezidentlər təltif olundu
31-07-2026, 10:05

Prezidentlər təltif olundu

“Sabah”ın oyunu var
28-07-2026, 10:01

“Sabah”ın oyunu var

02 Ağu 09:46Manşet / İdman

Qvardiolanın da çıxış etdiyi klub müflis elan olundu

qvardiolanin-da-cixis-etdiyi-klub-muflis-elan-olundu

İtaliya futbolunun köklü klublarından biri olan “Breşiya” maliyyə böhranından çıxa bilməyərək rəsmi olaraq müflis elan edilib.

“Qafqazinfo” xəbər verir ki, 1911-ci ildə yaradılan və 115 illik tarixə malik olan mavi-ağ rəngli klub uzun müddət davam edən borc problemləri səbəbindən fəaliyyətini davam etdirməkdə çətinlik çəkib.

Klubun maliyyə çöküşünün əsas səbəbləri arasında əməkhaqqı və vergi borcları, eləcə də, son illərdə artan maliyyə öhdəlikləri göstərilir. Borc yükünün təxminən 20 milyon avro olduğu bildirilib.

Bir vaxtlar İtaliya futbolunun aparıcı komandalarından biri olan “Breşiya” uzun illər A Seriyasında mübarizə aparıb. Klub dünya futbolunun məşhur simalarından Roberto Baccio, Pep Qvardiola və Andrea Pirlo kimi futbolçuların çıxış etdiyi komandalar sırasında olub.

Lakin son illərdə klub idman və maliyyə baxımından ciddi geriləmə yaşayıb. “Breşiya” aşağı liqalara düşüb, iştirak tələblərini yerinə yetirə bilmədiyi üçün lisenziya problemi ilə üzləşib.

Klub prezidenti Massimo Çellino tərəfindən borcların yenidən strukturlaşdırılması istiqamətində atılan addımlar isə maliyyə böhranının qarşısını almağa kifayət etməyib.